Scroll to top
© 2019, All Rights Reserved 360AdWorks
Marketinq

Sektor Analizi

Sektor Analizi, arzuolunan sektorda tələb şərtləri, müəyyən mallarla bağlı satış proqnozları və yeni bazarların inkişafı mövzularında həyata keçirilən araşdırmadır və xüsusilə də yeni sahibkarlar və investorlar üçün çox zəruridir.

Strateji qərarlar verərkən fəaliyyət göstərilən və ya göstəriləcək bazarı doğru dəyərləndirmək ən əhəmiyyətli şərtlərdən biridir. Rəqabətin və rəqiblərdən daha yaxşı performans göstərmənin açarı, qarşıya çıxan böyümə sahələrini və sektor trendlərini yaxşı anlaya bilməkdir.

Müvəffəqiyyətli bir iş strategiyası inkişaf etdirmək işin, sektorun və müştərilərin əhatəli bir şəkildə başa düşülməsini tələb edir. Sektor dinamikasını çox yaxşı təqib etmək, rəqabətli mühitdə uzun müddətli dayana bilmək, xarici ətrafda  sürətli inkişaflara reaksiya verə bilmək üçün sektor analizlərinin doğru və sağlam aparılması lazımdır.