Scroll to top
© 2019, Bütün Hüquqlar Qorunur 360AdWorks

Mobil tətbiqlərə sadiq müştərilər yaratmaqla şirkətinizin böyüməsinə necə kömək edərsiniz?

Sürətli şəkildə geri dönüş gözləyən səbrsiz istehlakçılar ilə qarşı qarşıya olduğumuz bir zamanda yaşayırıq.

Həyatımızın önəmli bir hissəsi olan yemək ehtiyacına xidmət verən qisda sektorunda da istehlakçı davranışları eyni şəkildə dəyişiklik göstərir. Həm mobil istifadəsinin artdığı həm də sürətin önəm daşıdığı bu dönəmdə markalar hansı prioritetləri ilk sıraya daxil etməlidir?

Qida sektorunda müştəriyə sürətli xidmət göstərən qazanır.

Digital anlamda özünü hər keçən gün yeniləyən qida sektorunda, müştərilər fiziki olaraq mağazaya gedib sifariş etmək yerinə mobil tətbiqetmələrdən sifariş verməyə doğru meyl edirlər. Əsasən də son illərdə bazara girən evə çatdırılma edən firmaların artması ilə rəqabətin yüksəldiyi bu sektorda, istifadəçinin ehtiyaclarına sürətli cavab verilmədə digitallaşmanın rolu böyükdür.

Mobil tətbiqetmələrdə bağlılıq necə yaradılır? 

İstehlakçıların dəyişən tələbləri və istifadə etdikləri cihazlar markaların gəlir qaynaqlarına da təsir göstərir. Daha öncələr digitaldan əldə edilən gəlirin çoxluğu wev və mobil sayt vasitəsi ilə olurkən, mobil tətbiqetmələrin faizi getdikçə yüksəlir. Bu vəziyyətdə mobil tətbiqetmələrinizin istifadəçi təcrübəsi baxımından sürətli və asan sifariş edəbiləcəkləri bir konseptdə və innovativ olması gərəklidir.

İstifadəçilər üçün seçənəklərin çoxaldığı bir bazarda, həm yeni müştərilərin diqqətini çəkmək həm də mövcud müştərilərin dönüşüm faizini artırmaq markaların başlıca hədəfləri arasındadır. İstifadəçilərin markanızın mobil tətbiqetməsini vərdiş halına gətirmələri üçün istifadəçi təcrübəsi ilə bərabər fərqli kanallardan reklam dəstəyi almaları da çox önəmlidir.

Related posts